Ölümdən dönən azərbaycanlı hücumçu son qərarını verdi

19 İyun 2024 09:25 Gündəm 3 989
Ölümdən dönən azərbaycanlı hücumçu son qərarını verdi

"Səbail"dən ayrılan Ağabala Ramazanov karyerasını bitirmək qərarına gəlib.

Sportifno.az xəbər verir ki, 31 yaşlı hücumçu bu barədə şəxsi "instagram" hesabında məlumat yayıb.

A.Ramazanov paylaşımında milli və "Səbail"də çıxış etdiyi müddət ərzində ona dəstək olan hər kəsə təşəkkür edib.

Ağabala Ramazanov mövsümün əvvəllərində aldığı ciddi xəsarətə görə uzun müddət yaşıl meydanlardan kənarda qalmışdı.

"Turan Tovuz"la Bayılda keçirilən matçda rəqib müdafiəçi Faiq Hacyevlə toqquşma nəticəsində beyin silkələnməsi keçirən forvard bir də aprelin sonlarında yaşıl meydanlara dönmüşdü. "Dənizçilər" isə ona bu ay yeni müqavilə təklif etmədi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti