Ermənistandan Azərbaycana qarşı daha bir təxribat

22 Fevral 2021 12:50 Gündəm 1 387
Ermənistandan Azərbaycana qarşı daha bir təxribat

“Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi Azərbaycan, “artsax” və Naxçıvanda erməni “soyqırımı” məsələsini araşdıracaq 3 tədqiqatçıdan ibarət xüsusi şöbə açmağımıza artıq razılıq verib” (Sitatdakı dırnaqlar bizimdir – red.).

Sportinfo.az xəbər verir ki, bu barədə İrəvandakı “Erməni soyqırımı” Muzey-institutunun direktoru Arutyun Marutyan News.am saytına müsahibəsində bildirib.

“Bu barədə çox danışır və yazırlar, amma hər şey jurnalistika səviyyəsindədir. Elmi sahə səviyyəsinə keçməyin, mövcud həqiqətləri dünya ictimaiyyətinə təqdim etməyin vaxtı çatıb”, - deyə Muzey-institutun direktoru ənənəvi erməni həyasızlığı ilə iddia edib.

Onun sözlərinə görə, bu məqsədlə tezliklə müsabiqə elan ediləcək və gələcək əməkdaşlar üçün İngilis dilini, bəzi hallarda isə Azərbaycan dilini bilmək vacib sayılacaq.

“Şöbə böyük ehtimalla beynəlxalq hüquqşünas, tarixçi və şərqşünasdan ibarət olacaq. Gələcəkdə heyət mümkün qədər genişləndiriləcək. İşçilər muzeyin büdcəsindən maliyyələşdiriləcək.

Biz aktiv araşdırmaların aparılmasını istəyirik. Vəhşiliyin necə şərh və qəbul edildiyini anlamaq vacibdir. Bundan əlavə, mədəni soyqırımla bağlı daha dərin araşdırmalara ehtiyac var.

Görürük ki, Azərbaycan yenə “Albaniya nəzəriyyəsi”ni aktiv şəkildə qabağa verir (Ərazimizdəki alban kilsələrinin erməniləşdirilməsinin faş edilməsi nəzərdə tutulur – red.).

Bu, bir növ mədəni soyqırım kimi qəbul edilə bilər. Əsərlər ingilis dilində olmalı, nüfuzlu nəşrlərdə çap edilməli və əcnəbilər üçün əlçatan olmalıdır”, - deyə Marutyan sarsaqlayıb.

Göründüyü kimi, 44 günlük müharibədəki kapitulyasiya da Ermənistanda qaynar başları yaxşı soyutmayıb və erməni xalqına yalnız fəlakətlər gətirən saxta tarixdən, Azərbaycana və qardaş Türkiyəyə qarşı əsassız ərazi iddialarından imtinaya gətirməyib.

Demək, Qafqaza köçürülmə olan süni və xain qonşularımızı yeni faciələr gözləyir...

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu