Vaksinasiyadan sonra sərhədlər açıla, karantin rejimləri aradan qaldırıla bilər

19 Yanvar 21:30 Gündəm 319
Vaksinasiyadan sonra sərhədlər açıla, karantin rejimləri aradan qaldırıla bilər

Dünyada koronavirusa yoluxanların ümumi sayı 95 milyon 500 min nəfəri keçdi...

Azərbaycanda koronavirus əleyhinə vaksinasiya başladı. Peyvəndləmə könüllü və dövlət hesabına aparılacaq.

Azərbaycanın aldığı “Sinovac” şirkətinin “CoronaVac” vaksini inaktiv peyvənddir. O, xəstəliyə ciddi əks-təsirə səbəb olmadan, bədənin immun sistemini virusa məruz qoymaq üçün öldürülmüş virus hissəciklərindən istifadə edərək işləyir.

Şirkət vaksinin hazırlanmasında Çin, Böyük Britaniya, İtaliya, İspaniya və İsveçrədən olan COVİD-19 xəstələrindən nümunələr götürüb.

Bütün məlum olan vaksinlər kimi, “CoronaVac” da iki dozada vurulur.

Sinqapurun Nanyang Texnologiya Universitetinin dosenti Luo Dahai BBC-yə deyib ki, “CoronaVac” peyvəndi daha “ənənəvi” üsulla hazırlanıb və bu üsul “quduzluq” kimi xəstəliklərdə uğurla istifadə olunur.

Peyvəndləmə yanvarın 18-də başlayır, birinci mərhələdə bu şəxslər  vaksinasiya olunacaq | Report.az

Onu da bildirək ki, Azərbaycanda yeni növ koronavirus (COVİD-19) əleyhinə vaksinasiya aparılan şəxslərlə əlaqədar pasportlaşdırma aparılacaq.

Bu, Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nda əksini tapıb.

Pasportlaşdırma yekun tövsiyələrə əsasən peyvənd olunmuş şəxslərin cari qeydiyyatı və müşahidəsi üçün müəyyən pasportlaşdırma ehtiyaclarının qarşılanmasıdır.

Vaksinasiyadan sonra turizm bərpa olunacaq?

Sənədə əsasən, pasportlaşdırma vaksinasiyanın tətbiq edilməsi üçün tələb olunan 4 mütləq texniki şərtdən biridir.

Artıq dünyanın əksər ölkələrində vaksinasiya prosesi başlayıb. Lakin hələ ki koronavirusa yoluxma hallarında azalma müşahidə edilmir.

Biz bu materialı hazırlayan zaman dünyada koronavirusa yoluxanların sayı 95 milyon 553 min 448 nəfər, koronavirusdan ölənlər isə 2 milyon 41 min 233 nəfər. Bu zamana qədər 68 milyon 267 min 740 nəfər koronavirusdan müalicə alaraq sağalıb. Son sutkada dünyada 532 min 622 nəfər koronavirusa yoluxub. Ölənlər isə 9 min 192 nəfərdir.

Mütəxəssislər hesab edirlər ki, bu ilin yaz aylarında dünyada koronavirusa görə bağlanan sərhədlər, tətbiq edilən sərt karantin rejimləri aradan qaldırılacaq və dünya bu bəlanın axırına çıxacaq.

Əli RAİS

Digər Xəbərlər
Xəbər Lenti