COP29

İlkin Fikrətoğludan gündəmin nəbzini tutan MARAQLI YAZI

15 İyun 20:40 Gündəm 1 350
İlkin Fikrətoğludan gündəmin nəbzini tutan MARAQLI YAZI

Azarkeşlərin səbrsizliklə gözlədiyi Avropa çempionatı başladı. Özü də necə?!

Açılış matçında çempionatın ev sahibi Almaniya 28 illik aradan sonra yenidən qitə yarışına qatılan Şotlandiyanı darmadağın etdi - 5-1.

Bu, hələ başlanğıcdır. Qarşıda bizi biri-birindən maraqlı çox oyun gözləyir. 17-ci dəfə keçirilən Avropa çempionatında 24 iştirakçı hərəsində 4 komanda olmaqla, 6 qrupa bölünüb.

26 iyunda bitəcək qrup mərhələsindən sonra ən zəif nəticə göstərən 8 komanda Almaniyanı tərk edəcək. 1.8 finala qrup liderləri və ikincilərlə yanaşı. üçüncü yeri tutan yığmalar arasında ən yaxşı göstəriciyə malik 4 komanda da vəsiqə qazanacaq.

Avropa çempionatında debüt edəcək yeganə iştirakçı qonşuimuz Gürcüstandır. Serbiya isə Yuqoslaviya parçalandıqdan, ardınca Monteneqrodan ayrıldıqdan sonra bu ad altında ilk dəfə qitə yarışında iştirak edəcək.

Dünya çempionatlarında oynasalar da, serblərin sonuncu qatıldığı qitə birinciliyi 2000-ci ildəki yarış olub.

Almaniyanın 10 şəhərində keçiriləcək AVRO-2024-də favoritlər həmişəki kimi dəyişməzdir.

İtaliya yarışa son çempion kimi qatılıb. Baş məşqçi də təcrübəli Luciano Spalleti.

Qapıda Donnarumma, müdafiədə Bastoni, di Lorenso, Federiko Dimarko və təcrübəli Mateoo Darmian, orta sahədə Jorjinyo, Barella, Fratezzi, və Lorenso Peleqrini, hücumda isə Skamakka- Raspodori tandemi üstəgəl, Federiko Kyeza “Skadrra Adzurra”nın aparıcı fiqurları hesab olunur.

Hərçənd italyanların qrupda İspaniya və Xorvatiya ilə duelləri cox cətin olacaq. İtalyanlar seçmə mərhələni qrupda İngiltıərədən 6 xal geri qalmaqla ikinci sırada bitirsə də, əbədi favorit kimi bu çempionatda da fırtına qopara bilərlər.

İngiltərədən söz düşmüşkən, məncə, onların çempipnluq şansı bu dəfə hətta İtaliyadan da yüksəkdir. Hərçənd mən futbola baxandan İngiltərənin həmişə əla heyəti olub.

Həmişə də adı favoritlər sırasında çəkilib. Gəl ki, Avropa çempionatlarında ən yüksək nəticələri sonuncu yarışda - AVRO-2020-də finala çıxmaları və orada İtaliyaya uduzmaları olub.

İngilislərin AVRO-2024 üçün heyəti həqiqətən göz oxşayır. Qapıçı və müdafiəçiləri qoyuram bir kənara, istənilən oyunun taleyini həll eməyə qadir Fil Foden, Cud Bellingem, Koul Palmer, Bukayo Saka və “qol maşını” Hari Keyn.

Hələ baş məşqçi Qaret Sautqeyt Cek Qriliş kimi oyunçunu heyətə götürməyib. Bəlkə də çempionatın gedişində buna görə peşman olacaq, bəlkə də yox.

Dəqiq olan budur ki, İngiltərənin çempionluq vaxtı çoxdan çatıb. Ötən dəfə komandanı finala qədər gətirən Sautqeyt indi çempionluğu əldə edə bilsə, adı Britaniyanın futbol tarixinə əbədi yazılacaq.

Mbappenin Fransası Avropa çempionatına dünya ikincisi kimi qatılıb. Fransızların yalnız qapı xətti haqqında inamlı fikir söyləmək olmur.

Qalan hər mövqedə yüksək səviyyəli azı iki oyunçuları var. Jül Kunde, İbrahima Konate, Çuameni, Kamavinqa, Kinqsli Koman, Kolo Muani, Markusd Türam, Olivye Jiru və əlbəttə, Mbappe!

Fantastik heyətdir!

Almanlar da qatıldıqları bütün turnirlərin əbədi favoritlərindəndir. Bu dəfə ev sahibi olmaları şanslarını bir qədər də artırır.

Bundestim AVRO-2024-ün ən yaşlı komandalarından olsa da. Şotlandiyaya qarşı açılış matçında söz sahibi cavanlar idi. İspanların heyətində istedadlı oyunçular çox olsa da. onları çempionluğa əsas namizəd saymaq olmaz.

Belçika, Xorvatiya, Danimarka, Niderland və Portuqaliya isə həmişəki kimi istənilən favoriti belə, yıxmağa, sürpriz şəkildə finaladək irəliləməyə qadirdir.
Azərbaycanda yetərincə azarkeşi olan qardaş Türkiyə millisi, həmçinin Ukrayna, Gürcüstan və Albaniya isə AVRO-2024-də sürprizlər edə bilər.

Çempionatın ən cox diqqət mərkəzində olan oyuncusu isə sözsüz ki, Kriştianu Ronaldodur. Karyerasında altıncı dəfə Avropa çempionatında iştirak edəcək Ronaldo bununla yeni rekord müəyyənləşdirir.

Qələbə əzmi yüksək, məğlubiyyətlə heç vaxt barışmayan bu xarakterli oyunçu 39 yaşında belə, əvvəlki şövqlə qol vurmaqdan həzz alır.

İlyaırm əvvəl Qətərdəki mundial Ronaldo və onun komandası üçün fiasko ilə bitdi. Portuqallar həmin uğursuzluğu bu Avropa çempionatında unutdurmağa çalışacaq.

Bir ay ərzində biz müxtəlif futbol məktəblərinin qarşılaşmalarını, müxtəlif ulduz və qeyri-ulduz furbolçuların maraqlı rəqabətini izləyəcəyik.

Bəli, İngiltərə. Fansa, İtaliya və Almaniya favoritdir. Amma favoritlər hər zaman çempion olmur ki...

1992-nin Danimarkasını və ya 2004-ün Yunanıstanını yada qalaq.

Futbol elə sürprizləri ilə gözəldir. 1 ay bu gözəlliklərdən doyunca zövq alaq!

İlkin Fikrətoğlu

Digər Xəbərlər
Xəbər Lenti