"Bunun ayrı ləzzəti var"

14 Fevral 2020 12:16 Güləş 771
"Bunun ayrı ləzzəti var"

"Sevincimin həddi-hüdudu yoxdur. İkinci dəfə Avropa çempionu olmaq məsuliyyətimi daha da artırır".

Sportinfo.az xəbər verir ki, bunu İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında 82 kq çəki dərəcəsində qızıl medal qazanmış Yunan-Roma üzrə Azərbaycan güləşçisi Rafiq Hüseynov deyib.

O, qeyd edib ki, turnirə çox ciddi hazırlaşıb: "Hər bir idmançı yarışa çempion olmaq üçün gedir. Gözlənti ilə yox güclü və məsuliyyətli hazırlıqla gedir.

Görüşlərimin hamısı gərgin keçdi. Təbii, bütün rəqibləri analiz etmişdim. Ümumiyyətlə Avropa və dünya çempionatlarında asan rəqib olmur.

Növbəti hədəflər barədə isə onu deyə bilərəm ki, təlim-məşq toplantıları olacaq. Çünki qarşıda bizi olimpiya lisenziya xarakterli çox ciddi turnirlər gözləyir".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!