COP29

Azərbaycandan bir qadın bürünc medal medal aldı, ikisi finala yüksəldi

24 May 02:50 Güləş 643
Azərbaycandan bir qadın bürünc medal medal aldı, ikisi finala yüksəldi

Bakıda güləş üzrə U-23 Avropa çempionatı davam edir.

Sportinfo.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən turnirin 4-cü günündə Azərbaycanın 6 qadın güləşçisi mübarizə aparıb.

Elnurə Məmmədova (53 kq) 1/4 finalda belaruslu Viktoriya Volk (6:1), yarımfinalda isə litvalı Laura Stanelite (7:0) üzərində böyükhesablı qələbə qazanıb. O, finalda ukraynalı Liliya Malançukla güləşəcək.

Jalə Əliyeva (57 kq) 1/4 finalda bolqarıstanlı Nesrin Süleymanovanı “tuş”la xalçadan məyus yola salıb.

Əliyeva gərgin mübarizə şəraitində keçən yarımfinal görüşündə ukraynalı Solomiya Vinnikdən güclü olub – 3:1. Jalə finalda türkiyəli Elvira Kamaloğluyla qarşılaşacaq.

Nigar Mirzəzadə (65 kq) təsnifat mərhələsində serbiyalı Maşa Peroviçə uduzub – 1:6.

Mərziyə Sadıqova (72 kq) ilk görüşdə yunanıstanlı Eleni Krisikakiyə 7:3 hesabıyla qalib gəlsə də, 1/4 finalda belaruslu Alina Şaçuka məğlub olub – 0:10. Rəqib finala yüksəldiyi üçün Mərziyə sabah bürünc medal uğrunda türkiyəli Bukrenaz Sərtlə mübarizə aparacaq.

Ruzanna Məmmədova (59 kq) 1/4 finalda belaruslu Alesiya Hetmanavaya minimal fərqlə məğlub olub – 3:4.

Ancaq 17 yaşlı güləşçimiz təsəlliverici görüşdə çexiyalı Anna Mixalkovaya, bürünc medal uğrunda qarşılaşmada isə rumıniyalı Ana Mariya Puiuya “tuş”la qalib gələrək debüt etdiyini U-23 Avropa çempionatında fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

Əvvəlki üç gündə Azərbaycan millisinin üzvləri 8 medal qazanıblar. Ziya Babaşov (63 kq), Xasay Həsənli (77 kq) və Qurban Qurbanov (82 kq) çempion olublar.

Nihad Quluzadə (60) gümüş, Ruslan Nurullayev (72 kq), Rəşad Məmmədov (55 kq), Laçın Vəliyev (87 kq) və Murad Əhmədiyev (97) isə bürünc medala yiyələniblər.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"