Həsrət Cəfərov finalda, Ülvi Qənizadə bürünc uğrunda yarışacaq - Dünya çempionatınd

3 Noyabr 2021 02:20 Güləş 610
Həsrət Cəfərov finalda, Ülvi Qənizadə bürünc uğrunda yarışacaq - Dünya çempionatınd

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatında yarımfinal görüşünü keçirib.

72 kq-da mübarizə aparan Ülvi Qənizadə finala gedən yolda rusiyalı Sergey Kutuzovla qarşılaşıb.

Rəqibinə 2:3 hesabı ilə uduzan Qənizadə bürünc medal uğrunda güləşəcək.

Həsrət Cəfərov da yarımfinal görüşünə çıxıb. 67 kq-da mübarizə aparan idmançının rəqibi türkiyəli Kadir Kamal olub.

4:1 hesablı qələbə qazanan Cəfərov adını finala yazdırıb. O, həlledici qarşılaşmada İran təmsilçisi Məhəmməd Cavad Rezayi ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti