Azərbaycanın yığmalarının heyəti - Dünya çempionatı üçün

27 Oktyabr 2021 00:00 Güləş 412
Azərbaycanın yığmalarının heyəti - Dünya çempionatı üçün

Noyabrın 1-də Serbiyanın paytaxtı Belqradda start götürəcək 23 yaşadək güləşçilərin dünya çempionatı üçün Azərbaycan milli komandalarının heyəti açıqlanıb.

Sportinfo.az xəbər verir ki, yunan-Roma güləşi üzrə yığma yarışa 7 güləşçi ilə qatılacaq.

Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında Nihad Quluzadə (55 kq), Həsən Məmmədli (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Qurban Qurbanov (77 kq), Məhəmməd Əhmədiyev (87 kq) və Sərxan Məmmədov (+130 kq) Serbiyada xalça üzərinə çıxacaq.

Qadınlar güləşçilərdən ibarət heyətdə isə Şəhanə Nəzərova (50 kq), Tanya Varantsova (53 kq), Elnurə Məmmədova (55 kq), Jalə Əliyeva (62 kq) və Birgül Soltanova (65 kq) yer alıb. Onlar məşqçilər Rövşən Umudovla Həsrət Məmmədyarovun tapşırıqlarını icra edəcək.

Hazırda Dağıstanın Xasavyurt şəhərində təlim-məşq toplanışı keçən sərbəst güləş üzrə millinin heyəti yaxın günlərdə açıqlanacaq.

Noyabrın 7-dək davam edəcək dünya çempionatında beynəlxalq dərəcəli hakim Elman İsmayılov ədaləti qoruyacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı