Azərbaycan yığmasından AÇ-da iki qızıl, bir bürünc medal

20 İyun 2021 01:10 Güləş 891
Azərbaycan yığmasından AÇ-da iki qızıl, bir bürünc medal

Azərbaycanın yunan-Roma güləşçisi Kənan Abdullazadə Bolqarıstanın Samokov şəhərində yeniyetmələr arasında Avropa çempionatında bürünc medal görüşünə çıxıb.

Sportinfo.az xəbər verir ki, 65 kq-dakı idmançı estoniyalı Artur Jeremeyevlə qüvvəsini sınayıb. 7:1 hesablı qələbə qazanan Abdullazadə Avropa 3-cüsü olub.

55 kq-da çıxış edən Fərid Baxışlı finalda Ermənistan təmsilçisi Armen Sukiasyanla qarşılaşıb. 0:7 hesabı ilə geriyə düşməsinə baxmayaraq, əzmkarlıq nümayiş etdirən Baxışlı son 1 dəqiqədə 7 xal götürərək, rəqibini məğlub edib.

Baxışlı qalib elan olunduqdan sonra əsgər salamı verib.

Fəraim Mustafayev final görüşünə çıxıb. 48 kq-da mübarizə aparan idmançı qızıl medal uğrunda türkiyəli Servet Angi ilə qarşılaşıb.

Rəqibinə 7:0 hesabı ilə qalib gələn idmançı qitə çempionu olub. Mustafayev qələbə qazandıqdan sonra iki ölkə bayrağı ilə xalçanın üzərində dövrə vurub.

Avropa çempionatında daha əvvəl sərbəst güləşçilərdən Musa Verdiyev (48 kq), Cavid Cavadov (51 kq) və Abdulrəhman İbrahimov (60 kq) gümüş, Yusif İsparov (45 kq) və Zenfira Haşımova (46 kq) isə bürünc medal qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti