“Neftçi” 5 qol vurdu, “Baku Fire”ni məğlub edə bilmədi - FOTOLAR

27 Sentyabr 2023 01:50 Futzal 395
“Neftçi” 5 qol vurdu, “Baku Fire”ni məğlub edə bilmədi - FOTOLAR

Futzal üzrə Yüksək Liqada yeni mövsümə start verilib.

Sportinfo.az xəbər verir ki, 2023-2024-cü il mövsümünün ilk matçında “Neftçi” İK və “Baku Fire” komandaları qarşılaşıblar.

Oyundan əvvəl dövlət himni səsləndi, daha sonra 27 sentyabr – anım günü ilə əlaqədar olaraq ölkəmizin azadlığı və ərazi bütovlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Çempionatın ilk oyununda xallar yarı bölünüb.

Turun ikinci oyunu komandaların gərgin mübarizəsi ilə yadda qalıb. Yekunda bu matçda da xallar yarı bölünüb.

Tura son çempionla debütantın dueli ilə yekun vurulub. Gözlənildiyi kimi, oyun ərzində üstünlüyü əldən verməyən “Araz-Naxçıvan” böyükhesablı qələbə qazanıb.

“Neftçi” İK – “Baku Fire” 5:5
Qollar: Fərid Atakişiyev, 1:14. Ülvi Əliyev, 18:02. Vahib Xocayev, 18:55; 36:50. Namiq Məmmədkərimov, 37:42 – Faiq Əliyev, 2:00. Oktay Rüstəmli, 9:25-pen. Tofiq Əliyev, 17:30; 25:45. Kənan Manafov, 38:49.
Hakimlər: Hikmət Qafarlı, Knyaz Əmiraslanov, Nahid Xasıyev.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı İdman Sarayı. Saat 14:00.

“Record” – U-19 2:2
Qollar: Rasim Mikayılov, 10:32. Mojtaba Vali, 17:00 – Rüfət Məmmədli, 11:11. Qüdrət Qasımzadə, 19:14.
Hakimlər: Hacıəli Ağayev, Elgün Hüseynov, Məmmədəli Kərimov.
Hakim-inspektor: Ramiz Əsədov.
Bakı İdman Sarayı. Saat 16:00.

“Araz-Naxçıvan” – “Yasamal Bakı” 12:0
Qollar: İsa Atayev, 6:49; 30:53. Katatau, 12:30; 15:44; 25:29. Felipinyo, 12:55. Amadeu, 13:47. Erik Danillo, 17:10. Lukas Romao, 32:21. Anar İsayev, 36:10-öz qapısına. Emil Həsənzadə, 37:00. Xəzər Ağalızadə, 37:43.
Hakimlər: Anar Fərəcov, Kənan Məlikov, Hidayət Feyzullayev.
Hakim-inspektor: Mehman Mahmudov.
Bakı İdman Sarayı. Saat 18:00.

Xəbər Lenti