Azərbaycan yığmasının daha bir üzvünün koronavirus testi...

20 Yanvar 2022 17:20 Futzal 710
Azərbaycan yığmasının daha bir üzvünün koronavirus testi...

Yanvarın 16-da Belçikada COVID-19 testi müsbət nəticələnən Azərbaycan millisinin futzalçısı Eduardo Borges yenidən test verib.

Sportinfo.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, testin nəticə neqativ olub.

Müdafiəçi bu gün Belçikadan Niderlanda gəlib, komandanın məşqində iştirak edib.

Ötən gün yığmanın daha bir üzvü Rafael Vilelanın testi neqativ çıxıb.

Daha əvvəl dünən heyətə cəlb edilən Hadi Ahmadi də artıq millinin Qroningendəki düşərgəsindədir.

Xəbər Lenti