Azərbaycan çempionunun məqsədi bilindi, baş məşqçi 2 transfer istədi

31 Avqust 2021 15:00 Futzal 1 904
Azərbaycan çempionunun məqsədi bilindi, baş məşqçi 2 transfer istədi

Dünən futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsinin püşkü atılıb.

İsveçrənin Nyon şəhərindəki UEFA-nın mənzil-qərargahında təşkil edilən tədbirdə Azərbaycan təmsilçisi "Araz-Naxçıvan"ın da rəqibləri bəlli olub.

B yolunda yer alan ölkə çempionu "Uraqan İvano - Frankivsk" (Ukrayna), "Ligeni" (Kosovo) və "Yunayted Qalati" (Rumıniya) ilə birlikdə 6-cı qrupda mübarizə aparacaq.

Bu qrupun matçları Ukraynada olacaq. Əsas mərhələnin oyunları oktyabrın 26-dan 31-dək keçiriləcək.

Naxçıvan komandası ilkin mərhələdə F qrupunda qüvvəsini sınayıb və indi ən yaxşı ikinci yerin sahibi kimi mübarizəni davam etdirir. Qrupda ilk sıranı Finlandiyadan “Kampuksen Dinamo” tutub.

Artıq "Araz-Naxçıvan"ıın qarşısıına yeni məqsəd qoyulub. Joze Alesionun çalışdırdığı kollektiv qruppu ilk pillədə başa vurmalııdır.

Bu, klub rəhbərliyinin ondan tələbidir. Braziliyalı baş məşqçi uğurlu çıxış etmək vəzifəsini yerinə yetirmək üçün 2 yeni transfer istəyib.

SPORTİNFO.AZ

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı