“Hazırda klublara maliyyə yardımının edilməsi müzakirə olunmur”

24 Avqust 2021 16:20 Futzal 527
“Hazırda klublara maliyyə yardımının edilməsi müzakirə olunmur”

Məlum olduğu kimi, AFFA 2021/2022-ci il mövsümündə də Premyer Liqa klublarına maliyyə yardımını davam etdirəcək.

Bu barədə qərar İcraiyyə Komitəsinin iclasında qəbul olunub.

Komandaların müraciətinə uyğun olaraq, COVID-19 pandemiyasının yaratdığı çətinliklər nəzərə alınaraq, yüksək dəstə təmsilçilərinə vəsait ayrılacaq.

Maddi dəstəyin məbləği AFFA ilə klublar arasında danışıqlardan sonra dəqiq müəyyənləşdiriləcək.

Federasiya bununla bağlı Premyer Liqa təmsilçiləri ilə məsləhətləşmələri bitirmək üzrədir. Belə götürəndə, ümumi bir razılaşma var.

AFFA-nın bu yardımından elitanın bütün iştirakçıları yararlana biləcək. Məbləğə gəlincə, qurum hər kluba 300-400 min manat civarında vəsait ayırmağı planlaşdırır. Hətta ola bilsin, yardım paketi bundan da çox olsun.

Sentyabrda futzal üzrə ölkə çempionatının Yüksək Liqasında yeni mövsümə start veriləcək. Yarışda 8 komandaının iştirakı dəqiqləşib.

Indi bu cür xəbərlər dolaşır ki, Yüksək Liqada mübarizə aparacaq klublara da maliyyə vəsaiti ayrılacaq. Bəs bu, nə dərəcədə doğru məlumatdır?

Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinin rəhbəri Mahal Məmmədobv Sportinfo.az-a bu barədə açıqlama verib:

“Belə bir qərari İcraiyyə Komitəsi verir . Hazırda futzal liqalarinda iştirak edəcək klublara belə bir yardımın edilməsi müzakirə olunmur”.

Xəbər Lenti