PSJ-dən "qol şou"su - VİDEO

2 Fevral 2020 15:29 Fransa 757
PSJ-dən "qol şou"su - VİDEO

Fransa I Liqasında 22-ci turun görüşləri keçirilir. Sportinfo.az xəbər verir ki, vahid lider PSJ bu tur doğma Parisdə "Monpelye"ni sınağa çəkib.

Tomas Tuxelin komandası rəqib qapısından 5 cavabsız top keçirib. Qolları Sarabya, Anxel di Maria, Konqre, Mbappe və Kurzava vurublar.

PSJ hazırda 55 xalla liqanın turnir cədvəlinə başçılıq edir. Marsel "Olimpik"i 42 xalla 2-ci, "Renn" isə 40 xalla 3-cü pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti