Hələ də Messi hədəfdədir

10 Mart 2021 15:40 Fransa 1 735
Hələ də Messi hədəfdədir

PSJ rəhbərliyinin əsas hədəflərindən biri hələ də Lionel Messidir.

Sportinfo.az xəbər verir ki, Paris nəhəngi “Barselona”nın liderinə yenə də maraq göstərir. PSJ argentinalı futbolçunu yayda transfer etməyi planlaşdırır.

Amma mütəxəssislərin fikrincə, “Barselona”da keçirilən prezident seçkilərindən sonra PSJ-nin bu hədəfə çatmaq şansı çox azdır.

“Barselona”nın prezidenti seçilmiş Xuan Laportanın Leo ilə əla münasibətləri var. Bu məqamı nəzərə alan mütəxəssislər iddia edirlər ki, məhz Laportanın prezident seçilməsi Messinin “Barsa”da qalacağını şərtləndirir.

Digər Xəbərlər
Xəbər Lenti