“Qarabağ“dan sonra “Aris“i də uddu, ÇL-in pley-off mərhələsinə qaldı - NƏTİCƏLƏR

16 Avqust 2023 02:00 Çempionlar Liqası 1 578
“Qarabağ“dan sonra “Aris“i də uddu, ÇL-in pley-off mərhələsinə qaldı - NƏTİCƏLƏR

Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunları start götürüb.

Sportinfo.az xəbər verir ki, 1-ci oyun günündə 9 cavab oyunu keçirilib.

Türkiyə "Qalatasaray"ı ilk görüşdə 3:0 hesabı ilə qalib gəldiyi "Olimpiya" ilə bu dəfə İstanbulda qarşılaşıb.

1:0 hesablı qələbə qazanan "Qalatasaray" rəqibini ümumilikdə 4:0 hesabı ilə məğlub edərək pley-offa adlayıb.

Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi Zaqreb "Dinamo"su isə bu gün 3-cü təsnifat mərhələsində evdə AEK-lə ilk oyuna çıxıb.

Çünki komandalar arasında 8 avqustda Yunanıstanda keçirilməli oolan görüş azarkeşlərin iğtişaşına görə təxirə salınmışdı.

Bugünkü matçda Mahirin komandası AEK-ə məğlub olub. Cavab görüşü avqustun 19-da Yunanıstanda olacaq.

21:00. "Aris" (Kipr) - "Rakov" (Polşa) - 0:1

Qol: Tudor, 49

İlk oyun: 1:2

21:00. “Makkabi” (Hayfa, İsrail) - “Slovan” (Slovakiya) - 3:1

Qollar: Pierro, 29, Saba, 45+2, David, 90+3 - Toliç, 85

İlk oyun - 2:1

21:00. "Molde" (Norveç) - "Klaksvik" (Farer adaları) - 2:0

Qollar: Eriksen, 18, Linnes, 112

İlk oyun - 1:2

21:00. "Sparta" (Çexiya) - "Kopenhagen" (Danimarka) - 3:3 (Penaltilər seriyası - 2:4)

Qollar: Birmançeviç, 80, Laçi, 105, Olatunyi, 107 - Larsson, 1, Kleasson, 105+3, 112

İlk oyun - 0:0

22:00. "Qalatasaray" (Türkiyə) - "Olimpiya" (Sloveniya) - 1:0

Qol: İkardi, 24

Qırmızı vərəqə: Lukas Torreyra, 64 ("Qalatasaray")

İlk oyun - 3:0

22:00. "Baçka Topola" (Serbiya) - "Braqa" (Portuqaliya) - 1:4

Qollar: Rokanyaç, 40 - Pizzi, 9, Bruma, 13, Fernandeş, 16, Musrati, 20

İlk oyun - 0:3

22:30. “Servett” (İsveçrə) - “Reyncers” (Şotlandiya) - 1:1

Qollar: Kutesa, 22 - Tavarnier, 50

İlk oyun - 1:2

22:30. "Şturm" (Avstriya) - PSV (Niderland) - 1:3

Qollar: Bovinq Vik, 26 - Veerman, 32, De Yonq, 39, Pepi, 85-pen.

İlk oyun - 1:4

23:00. "Marsel" (Fransa) - "Panatinakos (Yunanıstan) - 2:1 (Penaltilər seriyası - 3:5)

Qollar: Obameyanq, 2, 45+1 - İoannidis, 90+10-pen.

İlk oyun - 0:1

Təxirə salınmış ilk oyun

22:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - AEK (Yunanıstan) - 2:1

Qollar: Bulat, 39 - Zuber, 59, Qalanopulos, 90

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı