DÇ-2022-nin təqvimi - FOTO

15 İyul 2020 20:40 Dünya futbolu 1 225
DÇ-2022-nin təqvimi - FOTO

2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının təqvimi açıqlanıb.

Sportinfo.az xəbər verir ki, açılış matçı noyabrın 21-də Bakı vaxtı ilə 14:00-da baş tutacaq.

Ev sahibi komandanın iştirakı ilə keçiriləcək görüş 80 000 azarkeş tutumuna malik "Al Bayt" stadionunda oynanılacaq. Final qarşılaşması isə dekabrın 18-də saat 19:00-da "Lusail" arenasında olacaq.

Qrup mərhələsinin matçları 21 noyabr - 2 dekabr, 1/8 finalın oyunları 3-6 dekabr, 1/4 final qarşılaşmaları 9-10 dekabr, yarımfinal görüşləri isə 13-14 dekabrda oynanılacaq.

3-cü yer uğrunda matç isə dekabrın 17-də Dohadakı "Xəlifə" stadionunda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!