Birinin qiyməti düşdü, o birindən heç danışmağa dəyməz

9 Aprel 2020 18:02 Dünya futbolu 690
Birinin qiyməti düşdü, o birindən heç danışmağa dəyməz

Koronavirusa görə futbol çempionatlarının dayandığı bir vaxtda “Transfermarkt” futbolçuların yeni qiymətlərini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, saytın versiyasına görə, hazırda dünyanın ən bahalı futbolçusu Kilian Mbappedir.

Onun dəyəri 180 milyon avrodur. İkinci yerdə 128 milyon avro qiymətlə “Mançester Siti”nin futbolçusu Rahim Sterlinqdir. PSJ-nin futbolçusu Neymar da onunla eyni dəyərə sahibdir.

Siyahıda 4-5-ci pillələrdə 120 milyon avo qiymətlə “Liverpul”un futbolçuları – Mane ilə Salah qərarlaşıb.

“Barselona”nın futbolçusu Lionel Merssi 28 milyon avro ucuzlaşaraq 112 milyon avro qiymətlə 9-cu yerdədir. “Yuventus”un futbolçusu Kriştiano Ronaldonun da qiyməti 15 milyon avro ucuzlaşıb. O, 60 milyon avro qiymətlə 46-cı yerə düşüb.

Digər Xəbərlər
Xəbər Lenti