
“Aleksandriya” və “Minay”ın sabiq baş məşqçisi Vladimir Şaran Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsindəki rəqibi Ukrayna yığmasında mümkün baş məşqçi dəyişikliyi barədə fikirlərini bildirib.
Sportinfo.az xəbər verir ki, onun fikrincə, indiki məqamda çalışdırıcı Sergey Rebrovla yolları ayırmaq doğru addım olmaz.
“İmkan verək, Rebrov işini sona çatdırsın. Bu yolu o başlayıb, seçmə mərhələni də özü başa vursun.
Məncə, builki matçlar bitəndən sonra onun gələcək taleyi ilə bağlı qərar veriləcək. Əminəm ki, yığma dünya çempionatına vəsiqə qazana bilməsə, baş məşqçi istefaya göndəriləcək.
Rebrov ya rüsvay olacaq, ya da zirvəyə yüksələcək. Bunu seçmə turnirin ardından biləcəyik”, – deyə Şaran söyləyib.
Ukrayna yığması seçmə mərhələnin ilk iki turunda Fransaya (0:2) məğlub olub, Azərbaycan millisi ilə (1:1) heç-heçə edib.