Dünyanın 2025-ci il üzrə ən yaxşı məşqçisi müəyyənləşdi

23 Sentyabr 2025 00:00 Dünya futbolu 677
Dünyanın 2025-ci il üzrə ən yaxşı məşqçisi müəyyənləşdi

PSJ-nin baş məşqçisi Luis Enrike Yohan Kroyf mükafatının qalibi olub.

Sportinfo.az xəbər verir ki, sözügedən mükafat ilin ən yaxşı məşqçisinə təqdim olunur.

Enrike Parisin “Şatle” teatrında keçirilən ilin ən yaxşılarının mükafatlandırma mərasimində qalib elan edilib.

Luis Enrike 2023-cü ilin yayından PSJ-ni çalışdırır. Fransa təmsilçisi ötən mövsüm Çempionlar Liqası, Fransa çempionluğu, kubokunu və Superkuboku qazanıb.

İngiltərə millisini çalışdıran Sarina Viqman isə qadın futbolunun ən yaxşı məşqçisi seçilib.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"