Mourinyo “Benfika”ya gətirmək istəyir - Kərimi

22 Sentyabr 2025 00:10 Dünya futbolu 1 485
Mourinyo “Benfika”ya gətirmək istəyir - Kərimi

“Əl-İttihad”ın hücumçusu Kərim Benzema “Benfika”nın yeni baş məşqçisi Joze Mourinyonun maraq dairəsindədir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsi gələn ilin yayında başa çatacaq futbolçunu transfer etməkdə maraqlıdır.

Avropaya qayıdış Benzemadan maaşının əhəmiyyətli dərəcədə azalmasını tələb edəcək, lakin forvardın buna razı olub-olmadığı bəlli deyil.

“Əl-İttihad”ın 5-7 milyon avroluq təklif alarsa, fransalı futbolçunu bu qış erkən buraxa biləcəyi ehtimal olunur.

37 yaşlı hücumçu ilə Fransa və ABŞ-ın bir sıra klubları da maraqlanır. O, bu mövsüm bütün yarışlarda 2 oyunda 3 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti