“Qarabağ”a uduzdular, baş məşqçini qovdular, Mourinyo ilə razılığa gəldilər

18 Sentyabr 2025 04:40 Dünya futbolu 599
“Qarabağ”a uduzdular, baş məşqçini qovdular, Mourinyo ilə razılığa gəldilər

"Benfika" portuqaliyalı məşqçi Joze Mourinyo ilə danışıqlarda irəliləyib.

Sportinfo.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

62 yaşlı mütəxəssis özü Portuqaliya klubunda işləməyə hazırdır. O, tez bir zamanda baş məşqçi vəzifəsinə təyin olunmaq niyyətindədir.

Bildirilir ki, razılaşma yaxın zamanda imzalana bilər.

“Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda ötən gecə "Benfika"nı səfərdə 3:2 hesabı ilə məğlub etdikdən sonra Portuqaliya təmsilçisinin baş məşqçisi Bruno Lage istefaya göndərilib.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"