Ayrılmaq üçün ərəblərdən 65 milyon dollar tələb edir - Neymar

22 Yanvar 01:40 Dünya futbolu 341
Ayrılmaq üçün ərəblərdən 65 milyon dollar tələb edir - Neymar

"Əl-Hilal" ümidləri doğrultmayan Neymarla yollarını ayırmaq istəyir.

Sportinfo.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu braziliyalı vingerin mövsümün sonunda başa çatmalı olan müqaviləsinə vaxtından əvvəl xitam vermək istəyir.

Bu barədə "Globo" nəşri məlumat yayıb.

Lakin "Əl-Hilal"ın Neymarı göndərməsi o qədər də asan görünmür. 32 yaşlı oyunçu müqavilənin ləğv edilməsi üçün klubdan 65 milyon dollar tələb edir.

Ulduz futbolçu bu məbləğ ödənilməsə sözləşməsinin sonuna kimi heç yerə getməyəcəyini rəhbərliyə bildirib.

"Əl-Hilal" Neymarı 2023-cü ilin yayında PSJ-dən 90 milyon avroya transfer edib. Təcrübəli vinger uzun müddət zədəli olub.

O, komandanın heyətində cəmi 7 rəsmi matçda meydana çıxıb, 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Fevral 17:00 “Bu, bizə mane olurdu”
15 Fevral 08:40 Azərbaycan 28-ci pillədə