37 yaşlı hücumçu müqavilə müddətini artırdı - BİRİLLİK

28 Noyabr 2024 15:20 Dünya futbolu 696
37 yaşlı hücumçu müqavilə müddətini artırdı - BİRİLLİK

“İnter Mayami”nin hücumçusu Luis Suares komandası ilə müqavilə müddətini artırıb.

Sportinfo.az ABŞ klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 37 yaşlı hücumçunun yeni sözləşməsi 2025-ci ilin sonuna qədər nəzərdə tutulub.

Uruqvaylı oyunçu “İnter Mayami”yə 2024-cü ilin əvvəlində azad agent kimi qoşulub. O, bu klubun heyətində 37 matçda 25 qol vurub.

Suares daha öncə “Barselona”, “Liverpul”, “Atletiko” (Madrid) və “Ayaks” kimi klublarda çıxış edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 İyun 17:30 Çək və bizə göndər!
15 İyun 07:50 Pensiyanız ARTA BİLƏR
15 İyun 02:50 Özbəkistanda 1-ci oldu