
Devid Bekhemin sahibi olduğu ABŞ-ın "İnter Mayami" klubu PSJ-nin hücumçusu Lionel Messiyə növbəti təklifi göndərib.
Sportinfo.az xəbər verir ki, bu barədə jurnalist Nikola Şkira özünün "Tvitter" səhifəsində yazıb.
O, Mayami klubunun 35 yaşlı futbolçuya çox sərfəli maliyyə şərtləri ilə təklif irəli sürdüyünü bildirib.
PSJ isə argentinalı ulduza 2024-cü ilə qədər müqavilə təklif edərək onu Fransa klubunda qalmağa razı salmaq istəyir. Messinin qarşıdakı bir neçə həftə ərzində gələcəyi ilə bağlı qərar verəcəyi gözlənilir.
Messinin PSJ ilə müqaviləsi bu mövsümün sonunda başa çatır. Futbolçunun özü bu yaxınlarda verdiyi müsahibədə Paris klubunda rahat olduğunu, şəhərə və PSJ-yə tam uyğunlaşdığını bildirib.