“Yaxşı komandamız və yüksək potensialımız var”

14 İyun 2021 20:30 Dünya futbolu 495
“Yaxşı komandamız və yüksək potensialımız var”

Avstriya komandasının futbolçusu David Alaba AÇ-2020-nin qrup mərhələsinin ilk turunda Şimali Makedoniya yığmasını məğlub etdikləri oyunu şərh edib.

Sportinfo.az xəbər verir ki, Alaba, 3:1 hesabıyla bitən oyunla bağlı bunları deyib:

“Xoşbəxtik, ilk oyunumuzu qazandıq. Turnirə yaxşı başlamaq istəyirdik. AÇ-2016-da bunu bacarmamışdıq.

Yaxşı komandamız və yüksək potensialımız var. Bu gün oyuna sonradan daxil olan iki futbolçumuz qol vurdu. Çox vacib qələbə qazandıq”.

Digər Xəbərlər
Xəbər Lenti