!["Bakı dünya çempionatına uğurla ev sahibliyi edəcək".](https://www.sportinfo.az/media/2024/05/23/c5d82772-1cc9-441a-aec4-d4b2b2d1dcca.jpg)
"İnanırıq ki, Bakı 2025-ci ildə keçiriləcək dünya çempionatına uğurla ev sahibliyi edəcək".
Sportinfo.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov 2025-ci ildə Bakıda keçiriləcək dünya çempionatı ilə bağlı deyib.
O, dövlətimizin idmana qayğısının danılmaz olduğunu bildirib:
"Azərbaycan cüdoçusu Hidayət Heydərovun dünya çempionu olması bunun bariz nümunəsidir.
Bundan başqa, ölkəmizdə tez-tez müxtəlif idman tədbirləri keçirilir. İnanırıq ki, Bakı 2025-ci ildə keçiriləcək dünya çempionatına uğurla ev sahibliyi edəcək".