17 yaşadək futbolçular arasında dünya çempionatında finalçılar bilindi

29 Noyabr 2023 00:10 Dünya çempionatı 744
17 yaşadək futbolçular arasında dünya çempionatında finalçılar bilindi

İndoneziyada keçirilən 17 yaşadək oğlan futbolçular arasında dünya çempionatında finalçılar müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Almaniya və Fransa həlledici qarşılaşmaya vəsiqə qazanıb.

Bundestim yarımfinalda Argentinaya (3:3, penaltilər seriyasında 4:3), Fransa isə Maliyə (2:1) qalib gəlib.

Final qarşılaşması dekabrın 2-də baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!