Azərbaycanlı hakim DÇ-nin finalını idarə etdi, Portuqaliya çempion oldu

2 Dekabr 2019 11:18 Dünya çempionatı 755
Azərbaycanlı hakim DÇ-nin finalını idarə etdi, Portuqaliya çempion oldu

Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov Paraqvayda keçirilən dünya çempionatının final oyununu idarə edib.

Sportinfo.az xəbər verir ki, həmyerlimizin ədaləti qoruduğu matçda qapılara 10 qol vurulub. İtaliya üzərində 6:4 hesablı qələbə qazanan Portuqaliya mundialın qalibi olub.

Turnirin bürünc medalına isə Rusiya yığması sahib çıxıb. Ruslar 3-cü yer uğrunda görüşdə Yaponiyanı 5:4 hesabı ilə məğlub edib.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var
16 Sentyabr 00:40 KADİ: “İnanmıram ki...”