Azərbaycanlı milyarder məhkəmədə nazir barədə ifadə verdi

18 Avqust 2019 15:47 Dünya çempionatı 716
Azərbaycanlı milyarder məhkəmədə nazir barədə ifadə verdi

Rusiyanın Kalininqrad vilayətində futbol üzrə DÇ-2018 oyunları üçün inşa edilmiş “Kalininqrad Arena” stadionunun tikintisi zamanı korrupsiyaya, mənimsəməyə yol verdiyi üçün həbs edilən keçmiş nazirin məhkəmə prosesi gedir.

Sportinfo.az xəbər verir ki, vilayətin keçmiş tikinti naziri Amir Kuşxovun işi üzrə məhkəmə prosesində şahid qismində azərbaycanlı milyarder-oliqarx, stadionun tikintisini podratçı qismində həyata keçirmiş “Crocus” şirkətinin rəhbəri Araz Ağalarov da ifadə verib.

Keçmiş nazir Kuşxov ona görə həbs edilib ki, stadion üçün zəminin hazırlanması zamanı yetərli qədər qum tökülməyib və nəticədə bataqlıq ərazidə tikilən stadionda subasma baş verib.

Lakin Ağalarov ifadəsində deyib ki, subasmaya görə keçmiş nazir günahkar deyil, problem layihədən qaynaqlanıb.

Keçmiş nazirin işini aparan “Bişeneov və partnyorları” adlı vəkil bürosundan bildiriblər ki, iyulun 31-də verdiyi ifadədə Araz Ağalarov belə deyib:

“Mən Kuşxovu yetərli qədər qumun tökülməməsində günahlandırmıram, məsələ bunda deyil. Layihə özü düzgün hazırlanmamışdı. Qumun miqdarına dair məndə xüsusi irad yox idi, subasmanın səbəbi layihəçinin səhvi idi”.

Avqustun 6-da Amir Kuşxovun barəsində çıxarılmış həbs qətimkan tədbirinin uzadılması üçün apelyasiyaya baxılıb və həbs müddəti daha iki ay uzadılıb.

Keçmiş nazirin vəkilləri isə iş materiallarında irəli sürülən ittihamları sübut edə biləcək tutarlı dəlillərin olmadığını deyirlər.

Kuşxov 2017-ci ili iyulunda həbs edilib. İstintaqın versiyasına görə keçmiş nazir və tikintiyə nəzarət üzrə mühəndis Sergey Tribunski dağıstanlı milyarderlər Maqomedov qardaşlarını “Summa” şirkətlər qrupu ilə əlbir olub və yerinə yetirilmiş işlərə dair qurama aktları imzalayaraq 752 milyon rublu mənimsəyiblər. Onlar bütün ittihamları rədd edirlər.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"