DÇ-2018-in seçmə mərhələsinin Asiya zonasında növbəti oyunlar keçirilib. Sportinfo.az xəbər verir ki, A qrupunda baş tutmuş hər 3 oyunda 1:0 hesabı qeydə alınıb. Özbəkistan Qətəri, İran Çini, Cənubi Koreya isə Suriyanı evdə minimal hesabla məğlub edib.
B qrupunda Avstraliya evdə BƏƏ-ni 2:0 hesabıyla üstələyib. Yaponiya isə Taylandı topa tutub - 4:0. Səudiyyə Ərəbistanı - İraq oyununun taleyini bir qol həll edib. Ev sahibləri meydandan minimal hesablı qələbəylə ayrılıblar.
A qrupu
Özbəkistan - Qətər 1:0
Odil Axmedov, 66.
İran - Çin 1:0
Mehdi Taremi, 46.
Cənubi Koreya - Suriya 1:0
Honq Yonq-Ho, 4.
1. İran - 17 (7), 2. Cənubi Koreya - 13 (7), 3. Özbəkistan - 12 (7), 4. Suriya - 8 (7), 5. Çin - 5 (7), 6. Qətər - 4 (7).
B qrupu
Avstraliya - BƏƏ 2:0
İrvin, 7. Leki, 78.
Yaponiya - Tayland 4:0
Kaqava, 8. Okazaki, 20. Kubo, 57. Yoşida, 83.
Səudiyyə Ərəbistanı - İraq 1:0
Əl Şəhri, 54.
1. Yaponiya - 16 (7), 2. Səudiyyə Ərəbistanı - 16 (7), 3. Avstraliya - 13 (7), 4. BƏƏ - 9 (7), 5. İraq - 4 (7), Tayland - 1 (7).

