DÇ-2018-in seçmə mərhələsində 5-ci turun oyunları davam edir. Sportinfo.az xəbər verir ki, Bosniya və Herseqovina doğma meydanda Cəbəllütariqi qəbul edib. Qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsiylə başa çatıb. Bosniya millisinin şərəfini qoruyan "Qarabağ"ın qapıçısı İbrahim Şehiç görüşü sonadək ehtiyat skamyadan izləyib.

