DÇ-2034 Avstraliya və İndoneziyada keçirilə bilər

27 İyun 2019 17:00 Dünya çempionatı 565
DÇ-2034 Avstraliya və İndoneziyada keçirilə bilər

2034-cü il dünya çempionatı Avstraliya və İndoneziyada keçirilə bilər.

Sportinfo.az xəbər verir ki, Avstraliya Futbol Federasiyası mundialın keçirilməsi üçün birgə sifariş verilməsi barədə İndoneziya Futbol Assosiasiyası ilə danışıqlar aparıb.

Nəticədə tərəflər arasında razılıq əldə olunub. Avstraliya daha öncə DÇ-2022 üçün müraciət etsə də, yalnız bir səs toplaya bilib. Bu hüquqa isə Qətər yeyələnib.

2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikanın birgə təşkilatçılığı ilə olacaq.

2030-cu il mundialını isə Cənubi Amerika və Şərqi Avropa ölkələri daxil olmaqla, bir neçə ölkə təşkil etmək variantlarını irəli sürüb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu