DÇ-2022 müəmması – FİFA Qətəri kiminlə əvəz edəcək?

21 İyun 2019 12:12 Dünya çempionatı 866
DÇ-2022 müəmması – FİFA Qətəri kiminlə əvəz edəcək?

Qətərdə keçirilməsi planlaşdırılan futbol üzrə DÇ-2022-nin ev sahibi dəyişə bilər.

Sportinfo.az xəbər verir ki, buna səbəb dünya çempionatına ev sahibliyi edəcək ölkənin seçimi zamanı korrupsiya qalmaqalının yaranması olub.

FİFA-nın mundialın ev sahibliyini Qətərdən alacağı və dünya çempionatını başqa ölkədə keçirəcəyi iddia olunur.

Bir müddət əvvəl UEFA-nın keçmiş prezidenti Mişel Platini DÇ-2022-nin təşkilatçılığının Qətərə verilməsi zamanı qayda pozuntuları etməkdə ittiham olunub və polis tərəfindən saxlanılmışdı.

Lakin Platini daha sonra azadlığa buraxılmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 20:00 Çək və bizə göndər!
4 Oktyabr 18:57 Litvanı məğlub etdik
4 Oktyabr 04:00 Dörd futbolçu var ki...