Qətər DÇ-2022-yə ev sahibliyi hüququndan məhrum edilə bilər

20 İyun 2019 17:36 Dünya çempionatı 842
Qətər DÇ-2022-yə ev sahibliyi hüququndan məhrum edilə bilər

2022-ci il dünya çempionatı Qətərdə keçirilməyə bilər.

Sportinfo,az xəbər verir ki, FIFA mundialın ev sahibliyi seçimindəki korrupsiya qalmaqalı səbəbindən çempionatın təşkilini təcili başqa bir ölkəyə həvalə edə bilər.

Qurumun hazırda bunun üçün gizli görüşlər keçirdiyi bildirilir. DÇ-2022-nin Qətərdə keçirilməsi ilə bağlı qərar 2010-cu ilin dekabrında qəbul olunub.

Qətərlə yanaşı, ABŞ, Cənubi Koreya, Yaponiya və Avstraliya yarışı keçirmək üçün namizədliyini irəli sürüb.

Bir müddət əvvəl UEFA-nın sabiq prezidenti Mişel Platinin DÇ-2022-nin Qətərə verilməsi ilə bağlı korrupsiya araşdırmaları çərçivəsində Parisdə saxlanılaraq ifadəsi alınıb.

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 20:00 Çək və bizə göndər!
4 Oktyabr 18:57 Litvanı məğlub etdik
4 Oktyabr 04:00 Dörd futbolçu var ki...