DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasında növbəti oyunlar keçirilib. Sportinfo.az xəbər verir ki, İ qrupunda mübarizə aparan Türkiyəi evdə Finlandiya ilə üz-üzə gəlib. Cen Tosunun dublu "ay-ulduzlular"a 3 xal qazandırıb.
G qrupunda İtaliya “Qarabağ”ın müdafiəçisi Ansi Aqollinin şərəfini qoruduğu Albaniya millisini qəbul edib. Bu oyun “skuadra adzurra”nın qolkiperi Canluici Buffon üçün əlamətdar olub. Belə ki, 39 yaşlı qolkiper albanlarla oyunda karyerası ərzində 1000-ci oyununu keçirib. Buffon yubiley oyununda qapısının toxulmazlığını qoruyub saxlayıb. Aqolli italyanlara qarşı oyunda 90 dəqiqə meydanda olub. O, qarşılaşmanın 24-cü dəqiqəsində sarı vərəqə alıb.
D qrupu
Gürcüstan - Serbiya 1:3
Kaçarava, 6 - Tadiç, 45-pen. Mitroviç, 64. Qaçinoviç, 86.
Avstriya - Moldova 2:0
Sabitser, 75. Harnik, 90.
İrlandiya - Uels 0:0
Qırmızı vərəqə: Teylor, 69 (Uels).
G qrupu
İtaliya - Albaniya 2:0
De Rossi, 12-pen. İmmobile, 71.
Lixtenşteyn - Makedoniya 0:3
Nikolov, 43. Nestorovski, 68; 72.
İspaniya - İsrail 4:1
David Silva, 13; 51. Vitolo, 45+1. İsko, 88 - Zahavi, 76.

İ qrupu
Türkiyə - Finlandiya 2:0
Cenk Tosun, 9; 13.
Xorvatiya - Ukrayna 1:0
Kaliniç, 38.
Kosova - İslandiya 1:2
Nuhiu, 53 - Siqurdsson, 25; 35.


