Dünya çempionatına ev sahibliyi edəcək ölkə - Klublararası

3 İyun 2019 20:48 Dünya çempionatı 814
Dünya çempionatına ev sahibliyi edəcək ölkə - Klublararası

2019 və 2020-ci illərdə klublararası dünya çempionatına ev sahibliyi edəcək ölkə müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, növbəti iki turnir Qətərdə təşkil olunacaq.

Yarışlar 2022-ci il ölkədə keçiriləcək dünya çempionatına hazırlıqların bir hissəsi olacaq. 2017 və 2018-ci ildəki mundial BƏƏ-də keçirilib.

Kklublararası dünya çempionatı hər ilin dekabrında 7 komandanın iştirakı ilə təşkil olunur. FIFA mart ayında turnirin formatını dəyişib.

2021-ci ildən iştirakçıların sayı 7-dən 24-dək artacaq. Yeni formata görə turnir hər 4 ildən bir yay aylarında baş tutacaq.

Onlardan 8-i UEFA, 6-sı Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL), hər biri üç təmsilçi olmaqla, Mərkəzi Amerika və Karib hövzəsi ölkəri Futbol Konfederasiyası (CONCACAF), Afrika Futbol Konfederasiyası (CAF) və Asiya Futbol Konfederasiyasını (AFC), bir komanda isə Okeaniya Futbol Konfederasiyasını (OFC) təmsil edəcək.

Digər Xəbərlər
Xəbər Lenti