Millimizi üzən xəbər - FİFA DÇ iştirakçılarının sayını artırmaqdan imtina etdi

23 May 2019 08:24 Dünya çempionatı 584
Millimizi üzən xəbər - FİFA DÇ iştirakçılarının sayını artırmaqdan imtina etdi

Qətərdə keçiriləcək 2022-ci il dünya çempionatı iştirakçılarının tərkibi 32-dən 48 komandaya qədər artırılmayacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə AP məlumat yayıb.

FİFA çempionat iştirakçılarının sayını artırmamaqla yanaşı, turnirin bir neçə matçının Qətərdən kənarda keçirilməsi ideyasından da imtina edib.

Qətərdə dünya çempionatı 2022-ci ilin 21 noyabr – 18 dekabr tarixləri aralığında Doha, Lusail, Əl-Vakr, Əl-Xor, Ər-Rayyan, Umm-Salal və Əş-Şamal şəhərlərində keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti