FİFA son DÇ-dan 5,3 miluard dollar gəlir əldə edib

16 Mart 2019 13:00 Dünya çempionatı 1 144
FİFA son DÇ-dan 5,3 miluard dollar gəlir əldə edib

FİFA 2018-ci ildə Rusiyada keçirilən Dünya çempionatından 5,3 milyard dollar gəlir əldə edib.

Sportinfo.az xəbər verir ki, hesablamalar zamanı 2015-2018-ci illər dövrü nəzərə alınıb.

FİFA-nın bu dövr ərzində ümumi gəliri 6,421 mlrd. dollar təşkil edib. Bununla yanaşı, təşkilatın maliyyə hesabatında göstərildiyinə görə FİFA-ya ümumi məbləğin 83 faizini mundialın Rusiyada keçirilməsi qazandırıb.

Beləliklə, 14 iyun – 15 iyul tarixlərində keçirilən DÇ-2018 FİFA tarixində ən gəlirli dünya birinciliyi olub.

Həmçinin təşkilatdan qeyd ediblər ki, Rusiyada keçirilən dünya çempionatı oyunlarında 3 milyondan çox tamaşaçı iştirak edib.

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 20:00 Çək və bizə göndər!
4 Oktyabr 18:57 Litvanı məğlub etdik
4 Oktyabr 04:00 Dörd futbolçu var ki...