Praqada möhtəşəm "Slaviya" gecəsi - VİDEO

15 Mart 2019 09:36 Dünya çempionatı 529
Praqada möhtəşəm "Slaviya" gecəsi - VİDEO

Avropa Liqasında 1/8 final mərhələsinin cavab görüşləri keçirilib.

Sportinfo.az xəbər verir ki, "Slaviya" evdə ilk oyunda 2:2 etdiyi "Sevilya"nı qəbul edib.

Birinci matçda olduğu kimi, cavab qarşılaşmasında da əsas vaxt eyni hesabla başa çatıb - 2:2. Əlavə vaxtda isə öncə qonaqlar qol vurub.

Belə olan halda isə Praqa təmsilçisi mərhələ keçmək üçün iki qol vurmalı idi. Meydan sahibləri bunun öhdəsindən gəlməyib bacarıblar.

Beləliklə, Çexiya klubu 4:3 hesabı ilə qalib gələrək, Avropa Liqasının ən çox qalibi olan komandanı mübarizədən kənarlaşdırıb.

"Slaviya" - "Sevilya" 4:3
Qollar:
Maykl Nqade-Nqacon, 14, Tomaş Souçek, 46 (pen.), Mik van Buren, 102, İbrahim Benjamin Traore, 119 - Vissam Ben Yedder, 44 (pen.), Muni Əl-Həddadi, 54, Franko Vaskes, 98
İlk oyun: 2:2

Digər Xəbərlər
Xəbər Lenti