DÇ-2022-nin bəzi oyunları Oman və Küveytdə keçirilə bilər

7 Mart 2019 11:12 Dünya çempionatı 655
DÇ-2022-nin bəzi oyunları Oman və Küveytdə keçirilə bilər

FİFA DÇ-2022-nin bəzi qarşılaşmalarının Oman və Küveytdə oynanılması variantını nəzərdən keçirir.

Sportinfo.az xəbər verir ki, Küveyt və Oman bundan əvvəl dünya birinciliyinin keçirilməsində Qətərə köməklik göstərməyə hazır olduqlarını bildiriblər.

DÇ-2022 ənənəvi olaraq 32 deyil, 48 komandanın iştirak edəcəyi ilk dünya çempionatı ola bilər. Turnirin genişləndirilməsi, oyunların digər ölkələrdə keçirilməsini tələb edəcək.

FİFA-nın göstərilən ölkələrin nümayəndələri ilə məxfi danışıqlar apardığı bildirilir. Təşkilat prezidenti Canni İnfantino bu yaxınlarda Oman və Küveytdə səfərdə olub.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!