Azərbaycan millisi bu gün dünya çempionatına buraxılacaq?

15 Yanvar 2019 09:12 Dünya çempionatı 1 020
Azərbaycan millisi bu gün dünya çempionatına buraxılacaq?

FİFA)Qətərdə keçiriləcək dünya çempionatından (DÇ-2022) etibarən DÇ-2022 iştirakçılarının sayının artırılmasını istisna etmir.

Sportinfo.az xəbər verir ki, bu barədə FİFA prezidenti Canni İnfantino bildirib.

O, qeyd edib ki, məsələ FİFA-nın Mərakeşdə bu gün keçiriləcək sammitində müzakirə ediləcək. Növbəti dünya çempionatı 2022-ci ilin noyabrından 21-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.

Yarışın final matçı 80 min tamaşaçı tutan Lüsailə stadionunda baş tutacaq. Bundan əvvəl FİFA çempionatda iştirak edəcək komandaların sayının 48-ə qədər artırılması ilə bağlı qərar qəbul edib.

Qərara əsasən 2026-cı ildə ABŞ-da, Kanadada və Meksikada keçiriləcək futbol üzrə dünya çempionatının iştirakçıları 48 komandadan ibarət olacaq.

32 komandanın iştirak etdiyi indiki formatda yarışlar 1998-ci ildən keçirilir. Daha əvvəl məlum olub ki, 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının bəzi oyunları qonşu ölkələrdə təşkil oluna bilər.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"