"Real" klublararası dünya çempionu oldu - VİDEO

23 Dekabr 2018 00:20 Dünya çempionatı 773
"Real" klublararası dünya çempionu oldu - VİDEO

Klublararası dünya çempionatının qalibi məlum olub.

Sportinfo.az xəbər verir ki, həlledici görüşdə Madrid "Real"ı və BƏƏ-nin "Əl Əyn" klubu qarşılaşıb.

Oyun İspaniya nəhənginin 4:1 hesablı qələbəsiylə yekunlaşıb. Bununla da "Real" dördüncü dəfə turnirin qalibi olub. "Kral klubu" daha öncə 2014, 2016 və 2017-ci illərdə dünya çempionu olmuşdu.

Turirdə 3-cü yeri Yaponiyanın "Kaşima" klubunu 4-0 hesabı ilə darmadağın edən Argentina təmsilçisi "River Pleyt" olub.

"Real" - "Əl Əyn" 4:1

Qollar: Luka Modriç, 14 , Markos Lyorente, 60, Serxio Ramos, 79 (3:0), Yəhya Nader, 90 (avtoqol) - Tsukasa Şiotani, 86

Digər Xəbərlər
Xəbər Lenti