DÇ-2018-in oyunlarını dünya əhaləsinin yarıdan çoxu izləyib

22 Dekabr 2018 00:00 Dünya çempionatı 807
DÇ-2018-in oyunlarını dünya əhaləsinin yarıdan çoxu izləyib

Rusiyada keçirilmiş 2018-ci il dünya çempionatını dünya əhaləsinin yarıdan çoxu izləyib.

Sportinfo.az xəbər verir ki, bu barədə FIFA-nın rəsmi saytı məlumat yayıb.

Bütün ölkələrdə yayımlanan mundialın oyunlarına 3,572 milyard tamaşaçı baxıb. 3,262 milyard insan dünya çempionatının bütün matçlarını ən azı bir dəqiqə izləyib ki, bu da rekord göstəricidir.

309,7 milyon şəxs qarşılaşmalara evlərindən kənarda, restoran və digər yerlərdə baxıblar. Bu isə ümumi auditoriyanı 9.5 faiz artırıb.

Fransa və Xorvatiya komandaları arasındakı final görüşünü isə 1,12 milyard insan izləyib. Sözügedən oyuna 884,37 milyon tamaşaçı evdən, 231,82 milyonu isə kənar yerlərdə baxıb.

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 20:00 Çək və bizə göndər!
4 Oktyabr 18:57 Litvanı məğlub etdik
4 Oktyabr 04:00 Dörd futbolçu var ki...