Rusiyanın baş naziri Dmitri Medvedyev DÇ-2018-dən əldə etdikləri gəlir barədə danışıb.
Sportinfo.az xəbər verir ki, Medvedyev mundialın keçirilməsinin Rusiyanın bir sıra şəhərlərində infrastrukturun qurulması üçün stimul olduğunu qeyd edib:
“Biz DÇ keçirilməsinə hazırlıq üçün təxminən 650 milyard rubl xərcləmişik. Bu da pensiya sisteminin bir aylıq xərci deməkdir.
İqtisadçıların hesablamalarına görə, mundialdan əldə etdiyimiz gəlir 200 milyard rubl olub. DÇ-ni qəbul edən şəhərlərimizin də durumuna diqqət ayırmaq lazımdı.
Mundiala qədər həmin şəhərlərdə normal aeroportlar, mehmanxanalar yox idi. İndi isə var. Mundial bu şəhərlərin infrastrukturunun qurulması üçün stimul oldu”.

