DÇ-2022 təkcə Qətərdə yox, bir neçə ölkədə keçiriləcək?

6 Dekabr 2018 11:12 Dünya çempionatı 594
DÇ-2022 təkcə Qətərdə yox, bir neçə ölkədə keçiriləcək?

DÇ-2022-in bir neçə ölkədə keçirilə biləcəyi ilə bağlı məsələ dünya mətbuatında müzakirə olunur.

Sportinfo.az xəbər verir ki, noyabrın sonunda FİFA prezidenti Canni İnfantonu bununla bağlı eyham vurmuşdu.

O bildirmişdi ki, 2022-ci ildə DÇ-nin final mərhələsində komandaların sayı 32-dən 48-ə qaldırılarsa, mundialın bir neçə oyunu Qətərlə qonşu ölkələrdə də keçirilə bilər.

DÇ-2022-nin təşkilat komitəsinin baş direktoru Naser al-Hater də məsələyə münasibət bildirib. O, məsələ ilə bağlı qonşu ölkələrin heç biri ilə danışıqlar aparmadıqlarını deyib.

Qətər Yaxın Şərqdə dünya çempionatını qəbul edəcək ilk ölkə olacaq. 2022-ci ildə mundial qışda – noyabrın 21-dən dekabrın 18-nə qədər keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 20:00 Çək və bizə göndər!
4 Oktyabr 18:57 Litvanı məğlub etdik
4 Oktyabr 04:00 Dörd futbolçu var ki...