Dünya çempionatı 2 ildən bir keçirilsin - FİFA-ya yeni təklif

24 Noyabr 2018 20:12 Dünya çempionatı 528
Dünya çempionatı 2 ildən bir keçirilsin - FİFA-ya yeni təklif

Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) dünya çempionatı ilə bağlı maraqlı ideya irəli sürüb.

Sportinfo.az xəbər verir ki, qurumun prezidenti Alexandro Dominqes FİFA-ya mundialın 2 ildən bir keçirilməsini təklif edib.

O, futbolçuların bununla dünya çempionatında daha çox iştirak imkanı qazanacağını vurğulayıb: "Millətlər Liqasında oynamaq üçün dünya çempionatını 2 ildən bir keçirə bilərik.

Bu, hamının xeyrinə olar. Belədə futbolçular ən azı 4 mundial görə bilərlər. İndiki halda onlar maksimum 2 turnirdə iştirak edə bilirlər.

Həll yolları çoxdu. Dünya çempionatını uzun müddət gözləmədən Avropa, Cənubi və Şimali Amerika, Afrika və Asiyada keçirə bilərik. Maliyyə tərəfinə gəlincə, FİFA bundan daha çox gəlir götürüb, ölkələrə daha çox pul paylaya bilər".

KONMEBOL daha əvvəl FİFA-ya mundial iştirakçılarının sayını 32-dən 48-ə yüksəltməyi təklif edib. Ali futbol qurumu da hazırda bu məsələni müzakirə edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 İyun 18:10 Çək və bizə göndər!