Rusiyada keçirilmiş dünya çempionatının gəliri açıqlandı

17 Oktyabr 2018 09:48 Dünya çempionatı 500
Rusiyada keçirilmiş dünya çempionatının gəliri açıqlandı

Rusiyada keçirilmiş dünya çempionatının Təşkilat Komitəsi mundialın gəlirini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, hesabatda DÇ-2018-in ölkə iqtisadiyyatına 2013 - 2018-ci illər aralığında 952 milyard rubl (təxminən, 14,6 milyard dollar) gəlir gətirdiyi vurğulanıb.

Rusiya dünya çempionatının təşkilinə isə 688 milyard rubl sərf edib. Beləliklə, bu mundial Braziliya, Cənubi Afrika Respublikası (CAR), Almaniya və Cənubi Koreyadakı dünya çempionatlarından daha çox gəlir əldə edib.

Rusiyanın qarşıdakı beş il ərzində DÇ-2018-ə görə hər il 150-210 milyard rubl qazancağı gözlənilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 İyun 18:10 Çək və bizə göndər!