Dünya ulduzu Bakıda xəstələndi: “Qarabağ”la oynamayacaq

4 Oktyabr 2018 16:24 Dünya çempionatı 795
Dünya ulduzu Bakıda xəstələndi: “Qarabağ”la oynamayacaq

“Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində “Arsenal”ı qonaq edəcək.

Sportinfo.az xəbər verir ki, İngiltərə klubu bu görüş öncəsi daha bir itki ilə üzləşib.

Belə ki, London təmsilçisinin aparıcı hücumçusu Pyer-Emerik Obameyanq da “Qarabağ”la oyunda iştirak etməyəcək.

Qabonlu forvardın xəstələndiyi bildirilir. Bu üzdə də o, Bakıdakı matçı buraxmalı olacaq. Bu barədə məlumatı komandanın baş məşqçisi Unai Emeri də təsdiqləyib.

Obameyanqdan başqa, Aron Remzi, Henrix Mxitaryan, Petr Çex, Eynsli Meytlend-Nayls, Loran Koselni və Konstantinos Mavropanos da “Qarabağ”la oyunu buraxacaq.

Bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” - “Arsenal” matçına saat 20:55-də start veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 20:00 Çək və bizə göndər!
4 Oktyabr 18:57 Litvanı məğlub etdik
4 Oktyabr 04:00 Dörd futbolçu var ki...