FİFA DÇ-2022-nin final mərhələsinin qrup mərhələsinin oyunlarında penalti seriyası tətbiq edə bilər.
Sportinfo.az xəbər verir ki, bu, qrup mərhələsinin son oyununda baş verə bilər.
Qəzet yazıb ki, mundialda iştirak edəcək millilərin sayı 32-dən 48-ə artırılacaq. Bu halda, komandalar hərəsində 3 yığma olmaqla 16 qrupa bölünəcək.
Pley-off-a 1-ci və 2-ci yerə çıxmış komandalar yüksələcək. Pley-off-a yüksəlmək üçün iki komanda öz aralarında heç-heçə edəcəyi təqdirdə, əlavə vaxt olmadan penaltilər seriyasının tətbiqi gözlənilir.
Penaltilər seriyasında qalib 2 xal, məğlub komanda isə 1 xal alacaq. DÇ-2022 21 noyabr - 18 dekabr tarixlərində Qətərdə keçiriləcək.

